Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 209 nəfər müalicə olunaraq sağalıb, 10 114 nəfər vəfat edib, aktiv xəstə sayı 154 nəfərdir.

Ölkədə son sutka ərzində 1 205, hazırkı dövrədək isə 7 519 926 test aparılıb.

.