Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 274 yeni yoluxma faktı qeydə alınıb, 613 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 817 596 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 805 170 nəfər müalicə olunaraq sağalıb, 9 852 nəfər vəfat edib, aktiv xəstə sayı 2 574 nəfərdir.

Ölkədə son sutka ərzində 3 252, hazırkı dövrədək isə 7 191 050 test aparılıb.

.