Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 063 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 196 nəfər müalicə olunaraq sağalıb, 9716 nəfər vəfat edib, aktiv xəstə sayı 151 nəfərdir.

Ölkədə son sutka ərzində 2807, hazırkı dövrədək isə 6 945 598 test aparılıb.

.