Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 042 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 760 nəfər müalicə olunaraq sağalıb, 10 094 nəfər vəfat edib, aktiv xəstə sayı 188 nəfərdir.
Ölkədə son sutka ərzində 1 982, hazırkı dövrədək isə 7 493 215 test aparılıb.
.