Azərbaycanda fəaliyyət göstərən 2 şirkət ləğv olunub. Vergilər Nazirliyindən fins.az-a verilən məlumata görə, onlardan biri "Məmməd-H” kiçik müəssisəsi, digəri isə "Elit” MMC-dir.
Həmin şirkətlər kreditorlara müraciət edərək öz tələblərini müvafiq ünvanlardakı komissiyalara bildirməyi tövsiyə ediblər. Bunun üçün vaxt məhdudiyyəti qoyulmayıb.
"Elit” MMC-nin kreditorları öz tələbləri ni Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə bilərlər.
"Məmməd-H” Kiçik Müəssisəsinin kreditorları isə Bakıxanov qəsəbəsi, 949-cu keçid ünvanına müraciət edə bilərlər.
.
