Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 831 944 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 642 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 20 nəfərdir.

Ölkədə son sutka ərzində 329, hazırkı dövrədək isə 7 643 540 test aparılıb.

.