Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 18 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 338 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 104 nəfər müalicə olunaraq sağalıb, 10 103 nəfər vəfat edib, aktiv xəstə sayı 131 nəfərdir.
Ölkədə son sutka ərzində 1 272, hazırkı dövrədək isə 7 513 104 test aparılıb.
.