Azərbaycanda son sutkada koronavirus infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 231 022 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 961 nəfər müalicə olunaraq sağalıb, 3 156 nəfər vəfat edib. Hazırda 2 905 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 582, bu günə qədər isə ümumilikdə 2 446 300 test icra olunub

.