Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 667 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 878, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 539 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 845 510, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 217 380, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 732 155, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 895 975 təşkil edir.

.