2024-cü ilin yanvar-aprel aylarında 33 575 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq, 11,1-dən 10,0-a düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,9 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,1 faiz olub.

Körpələrdən 1104-ü əkiz, 45-i isə üçəm doğulub.

.