Bu gündən xüsusi karantin rejimi ilə bağlı bəzi məhdudiyyətlər qüvvəyə minir.

Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edilməsi haqqında” qərarına əsasən, bu gündən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

Həmçinin, mülkiyyət formasından asılı olmayaraq, bütün tibb və əczaçılıq müəssisələri, elm və təhsil müəssisələri işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.

.