İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi valideyni icbari tibbi sığorta olunan uşaqların həmin sığortadan istifadə edə bilib-bilməyəcəyi məsələsinə aydınlıq gətirib. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş Müraciətləri ilə İş Departamentinin koordinatoru Nərgiz Hacıyeva bildirib ki, icbari tibbi sığorta sosial layihədir: “Bu səbəbdən də hər bir vətəndaş sığortalı sayılır. Əgər şəxsin heç bir əmək müqaviləsi yoxdursa, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmursa, o, icbari tibbi sığortalı sayılır, bura uşaqlar da aiddir”. 

N.Hacıyeva eyni zamanda qeyd edib ki, poliklinikalarda 18 yaşına qədər 800 uşaq bir sahə həkiminə təhkim olunub: “18 yaşdan yuxarı şəxslərə gəldikdə isə 1800 nəfər bir ailə həkiminə təhkim olunub”. 
 

.