Bərbərxana və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.
Bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.
Sənəddə qeyd olunub ki, bərbər və gözəllik salonlarında iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır.
Bundan başqa, bu xidmət sahələrində bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir. Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır. Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi də məcburidir.
COVID-19-la əlaqədar xidmət sahəsi müəssisələrinə dair tələblər müəyyənləşib
Xidmət sahəsi müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli olan tədbirlər açıqlanıb.
Bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.
Sənəddə qeyd olunub ki, çalışan işçi heyətin azı 80%-nin “peyvənd sertifikatı”na və ya “immunitet sertifikatı”na malik olması tövsiyə edilir.
Sənədə əsasən, müəssisələrdə hazırkı Metodiki Göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh əməkdaş təyin edilməlidir.
Eyni zamanda birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi, əməkdaşların yetərli sayda tibbi maska və əlcəklərlə (zəruri sahələrdə) təmin olunması, xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, həmçinin dezinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin edilməsi, istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi də sənəddə əksini tapıb.
COVID-19-la əlaqədar idman obyektlərində cavabdeh şəxs təyin ediləcək
İyulun 1-dən İdman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə orada çalışan işçi heyətin ən azı 80%-nin “peyvənd sertifikatı”na və ya “immunitet sertifikatı”na malik olması halında icazə veriləcək.
Bu, idman və sağlamlıq-bərpa obyektlərində koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişdə əksini tapıb.
Qeyd olunub ki, idman obyektlərində hazırkı Metodiki Göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh əməkdaş təyin ediləcək. İdman obyektlərinin ümumi istifadə yerlərində (holl, qeydiyyat masası və s.) işarələr qoyulmaqla insanlar arasında 1,5 metrdən az olmayan sosial məsafə təmin olunacaq.
Əməkdaşlar birdəfəlik maska (hər üç saatdan bir və islandıqca dəyişdirilməsi ilə), yaxud filtrli maskalarla, əlcəklə, dezinfeksiyaedici salfetka, əl dezinfektantları ilə fasiləsiz təmin olunmalıdır.
İdman avadanlıqları arasında 1,5 metr məsafə təmin olunmalı, idman zallarında hər istifadəçi üçün minimum 4 kvadrat metr sahənin nəzərdə tutulmalıdır.
Məşqçi heyət yalnız məşq vaxtı istisna olmaqla maskadan istifadə etməlidir.
İdman obyektlərində qidalanma COVID-19 pandemiyası dövründə ictimai-iaşə müəssisələrinə şamil edilən norma və qaydalara uyğun həyata keçirilməlidir.
Bildirilib ki, idman obyektlərinin girişləri təmassız termometrlərlə təmin edilməli, əməkdaşların iş günü ərzində 2 dəfə (səhər və işin sonunda), istifadəçilərin isə giriş zamanı hərarətlərinin ölçülməsi, simptomlu (hərarətin yüksəlməsi, öskürək, zökəm, nəfəs darlığı, ishal və s.) olanların içəri buraxılmaması və tibb məntəqəsinin əməkdaşlarına bildirilməli, idman obyektlərinin girişlərində və əlçatan zonalarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməli, əməkdaşlar və istifadəçilər onlardan mütəmadi olaraq istifadə etməyə təşviq edilməlidir.
Pandemiya dövründə repetitor xidmətləri onlayn tədrisə üstünlük verməlidir
COVİD-19 pandemiyası dövründə fərdi tədris və repetitor xidmətlərinin necə fəaliyyət göstərəcəyi məlum olub.
Bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.
Sənəddə qeyd olunub ki, fərdi tədris və repetitor xidmətlərində onlayn tədris prosesinə üstünlük verilməli, fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir.
Eyni zamanda tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Bir metrdən az olmamaq şərti ilə tədris vaxtı sosial məsafənin qorunması zəruridir.. Dərs vəsaitləri ortaq istifadə edilməməli, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.
.
