Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, bayram namazı Əjdərbəy məscidində və ya Göy məsciddə mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

"Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar", - o qeyd edib.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.

QMİ: Bayram namazı ənənəvi qaydada qılınacaq

Bu il Ramazan bayramı namazı ənənəvi qaydada qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib.

O bildirib ki, artıq bunun üçün icazə verilib.

.