Azərbaycan dövlətinin "İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda tutulub.
"İnterpol” xətti ilə axtarışda olan 1993-cü il təvəllüdlü Əlabbas Qurbanov Gürcüstanda saxlanılıb.
O, Azərbaycana ekstradisiya ediləcək.
Ə.Qurbanov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə təqsirli bilinir. O, Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilib.
.
