2022-ci il avqust ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli illə müqayisədə 3,6 faiz artaraq 688.968 olub.

Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 7,2 faiz artıb və 37.190 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,9 faiz artaraq 188.609-a çatıb.

.