2015-2021-ci illər ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 30 205 fakt aşkar edilib.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Qeyd edilib ki, onlardan 9580-i narkotik vasitələrin satışı, 18 325-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1857-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 443-ü isə digərləri olub: “Bu illər ərzində cinayət məsuliyyətinə 24 440 nəfər cəlb olunub. Onlardan 485 nəfəri qadın, 437 nəfəri xarici ölkə vətəndaşı olub”.

Komissiya: 7 ildə 21 tondan çox narkotik dövriyyədən çıxarılıb

2015-2021-ci illər ərzində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən ümumilikdə 21 ton 190 kq 410 qr müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Qeyd edilib ki, son 7 il ərzində müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 10 ton 785 kq 892 qr-nı heroin (50,9%), 5 ton 784 kq 872 qr-nı marixuana (27,3%), 2 ton 544 kq 792 qr-nı tiryək (12%), 383 kq 954 qr-nı həşiş (1,8%), 1 ton 685 kq 288 qr-nı digərləri (8%), 5 kq 612 qr-nı kokain (0,02%) təşkil edib.

.