Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarını təmsil edən 6045 nəfərə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün müşahidəçilik vəsiqəsi təqdim olunub.

Yenizaman Secki-2024.az saytına istinadən xəbər verir ki, seçki günü müşahidə aparacaq QHT-lərin sayı bu dəfə 2018-ci ildə keçirilmiş Prezident seçkiləri ilə müqayisədə təxminən 4 dəfə artıb.

Eyni zamanda müşahidə prosesinə qoşulacaq QHT-lərin sayı da artıb. Belə ki, hazırda prezident seçkilərini izləmək 78 QHT-nin müşahidəçəsi qeydiyyatdan keçib.

Qeyd edək ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

.