“2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33 788 nəfər təşkil edib.

Bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2020-ci il üzrə hazırladığı hesabatda əksini tapıb.

Qeyd olunub ki, həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10250 nəfər kannobinoid qrupuna aid narkotik istifadəçiləridir.

2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülüb, 1856 nəfər isə qeydiyyatdan çıxarılıb.

Azərbaycanda İİV-ə yoluxan narkotik istifadəçilərinin sayı açıqlanıb

2020-ci ildə Azərbaycanda 547 nəfər İİV-ə yoluxub.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2020-ci il üzrə hazırladığı hesabatda əksini tapıb.

Qeyd olunub ki, bütövlükdə 1988-ci ildən 2020-ci ilin dekabr ayının sonunadək Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 8688 nəfər qeydiyyata götürülüb. Onlardan 8395-i Azərbaycan vətəndaşı, 293-ü əcnəbi olub. İİV-ə yoluxanların 6231 kişi, 2457-si qadın olub.

Onlardan 3380-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin katqoriyadan olan şəxslərin 2679 nəfəri hazırda dispanser qeydiyyatındadır.

.