Azərbaycanda 10 noyabr 2020-ci il tarixindən 3 noyabr 2023-cü ilə tarixinə qədər 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 107 mülki şəxs isə yaralanıb.

 Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu “X” sosial platformasında paylaşımında bildirib.

Həmçinin bu dövr ərzində 15 hərbçi mina partlaması nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb.

Prezidentin köməkçisi vurğulayıb ki, ümumilikdə götürdükdə yuxarıda qeyd edilən dövr ərzində 65 nəfər mina partlaması nəticəsində həlak olub, 271 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hikmət Hacıyev onu da qeyd edib ki, 1991-ci ildən indiyə kimi Azərbaycanın 3415 nəfər mina qurbanı olub. Onlardan 357 nəfər uşaq və yeniyetmə, 38 nəfər isə qadındır.

"Azərbaycanda mina qurbanları əsasən, mülki şəxslərdir. Demək olar ki, hər həftə daha bir ölümcül və qanlı mina partlayışının şahidi oluruq", - Hikmət Hacıyev əlavə edib.

.