Bu gün saat 18:57-də Azərbaycana yay fəsli daxil olub.

Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu gün Şimal yarımkürəsində ən uzun Gündüz və ən qısa Gecə, Cənub yarımkürəsində isə əksinə olaraq ən qısa Gündüz və ən uzun gecə olur. Sonra gündüzün uzunluğu azalmağa başlayır və Günəş zenitdə getdikcə cənuba doğru yerini dəyişir. Yay günəş duruşu günü Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlüyə (73⁰.1) qalxır.

Qeyd edək ki, Bakı üçün bu gün gündüzün uzunluğu 15 saat 3 dəq 24 san olub, gecənin uzunluğu isə 8 saat 56 dəq 36 san olacaq.

.