Azərbaycana payız fəsli daxil olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, payız fəslinin Azərbaycana gəlişi Bakı vaxtı ilə saat 11.50-də qeydə alınıb.

Bununla da yay fəsli başa çatıb və ölkə ərazisinə payız fəsli daxil olub: "Bu gün payız gecə-gündüz bərabərliyi olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır".
.