
Azərbaycana idxal olunan quş əti və yumurta ildən-ilə azalır.
Bu barədə oxu.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Nazirliyin məlumatında qeyd olunur ki, 2010-cu ildə ölkəyə 26,1 min ton quş əti idxal olunubsa, 2013-cü ildə bu göstərici 72,8% azalaraq 7,1 min ton təşkil edib.
"Hazırda Azərbaycanda olan quşçuluq fabriklərinin daxili bazar qorunmaqla hər ay 30 milyon ədəd yumurta və 1200 ton quş əti ixrac etmək imkanı var”- deyə, məlumatda bildirilir.
.