Azərbaycana gətirilən marmelad və dondurma məhsulu partiyalarının istehlaka yararsız olduğu aşkarlanıb.

Bu barədə = Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində “İL” MMC-nin Albaniya Respublikasından gətirdiyi 500 kq marmelad və “Rəmzioğlu Paxlava” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi 540 kq dondurma məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Aparılan sınaq nəticəsinə əsasən, marmelad nümunələrində kif-maya göbələklərinin, dondurma nümunələrində isə “Enterobacteriaceae”nin (bağırsaq çöpü qrupuna aid olan bakteriya) miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisindən kənarlaşdırılması və ya məhv olunması barədə qərar qəbul edilib.

.