Azərbaycanda bir sıra rayonlara dolu yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti operativ məlumat yayıb.

Bildirilir ki, 10 may tarixində saat 20:00-a olan məlumata əsasən Quba, Göygöl, Gəncədə yağış yağıb.

Daşkəsən, Naxçıvan, Lənkəran, Astara,Yardımlı, Biləsuvar, Şamaxıda şimşək çaxıb. Balakən rayonunda saat 20:02-dən 20:08-dək 6 dəqiqə ərzində dolu muşahidə edilib. Dolunun diametri 24 mm təşkil edir.

.