Azərbaycan yığması Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında çıxışını başa vurub.

Yarışa 126 idmançı ilə yollanan millimiz 60 medal qazanıb.

Təmsilçilərimiz 15 dəfə çempionluq sevinci yaşayıb. Azərbaycan idmançıları 16 gümüş və 29 bürünc medala da yiyələnib.

Millimiz mükafat sıralamasında 9 ölkə arasında 4-cü olub. Yığmamız Rusiya, Özbəkistan və Qazaxıstandan geri qalıb. Digər iştirakçı ölkələr daha az medal əldə edib. Bunlar Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan və Moldovadır.

Qeyd edək ki, sentyabrın 4-11-də keçirilən yarışda 9 ölkədən 14-23 yaşlı 1139 idmançı mübarizə aparıb. Onlar 16 növ üzrə 182 dəst medal üçün yarışıb.

Azərbaycan yığmasının medalları
Qızıl
Camal Feyziyev – koreş, oğlanlar, mütləq çəki
Rövşən Əliyev – cüdo, oğlanlar, 60 kq
Səbinə Əliyeva – cüdo, qızlar, 52 kq
İnci Əzizova – karate, qızlar, 48 kq
Cavid Həsənov – stend atıcılığı oğlanlar, skit
Nicat Məmmədli – sambo, oğlanlar, 58 kq
Elvin Bağırov – sambo, oğlanlar, 64 kq
Toğrul Salmanov – sambo, oğlanlar, +98 kq
Əşrəf Əşirov – sərbəst güləş, 79 kq
Abubakr Abakarov – sərbəst güləş, 86 kq
Osman Nurmaqomedov – sərbəst güləş, 92 kq
Sərxan Məmmədov – yunan-Roma güləşi, 130 kq
Nihat Quluzadə - yunan-Roma güləşi, 55 kq
Həsrət Cəfərov - yunan-Roma güləşi, 67 kq
Diki Dvi Pangestu – badminton, oğlanlar, fərdi
Gümüş
Rəvan Nitfəliyev, Diki Dvi Panqastu, Muhammed Amri, Aqil Qabilov, Era Mafruxa, Nigar Əliyeva, Mədinə Nağıyeva, Həcər Nuriyeva – badminton, qarışıq komanda
Əlisəftər Məmmədli – koreş, oğlanlar, 85 kq
Rövşən Əliyev, Əhməd Yusifov, Elçin Hüseynov, Murad Fətiyev, Adil Kərimli, Yaşar Nəcəfov, Zelim Tçkayev, Südabə Ağayeva, Səbinə Əliyeva, Ramilə Əliyeva, Nərmin Əmirli, Zeynəb Məmmədova, Şəfəq Həmidova, Diana Şoranova – cüdo, komanda
Əhməd Yusifov – cüdo, oğlanlar, 60 kq
Osman Osmanlı – karate, oğlanlar, 48 kq
Əminağa Quliyev – karate, oğlanlar, 60 kq
Həsənəli Həsənov – karate, oğlanlar, kata
Rəvan Ağazadə - tayboks, oğlanlar, 67 kq

.