
Azərbaycan Xarici İşlər Nazirliyi Nepala başsağlığı verib.
Bu barədə qurumun "X" hesabında paylaşım edilib.
"Nepalda onlarla insanın öldüyü və yaralandığı güclü zəlzələ xəbəri bizi dərindən kədərləndi.
Həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik. Bu çətin günlərdə Nepal xalqı və hökuməti ilə həmrəyik", - başsağlığında bildirilib.
.