"Husi yaraqlılarının Səudiyyə Ərəbistanında mülki şəxsləri və mülki obyektləri hədəf alan davamlı cəhdlərini pisləyirik".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi "Twitter" səhifəsində bildirib.

XİN qeyd edib ki, Azərbaycan Səudiyyə Ərəbistanının ölkənin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyini qorumaq üçün gördüyü bütün tədbirləri dəstəkləyir.

Qeyd edək ki, bir neçə gün öncə Husi yaraqlıları Səudiyyə Ərəbistanındakı Abha Beynəlxalq Hava Limanına partlayıcı dron vasitəsilə zərbə endirməyə cəhd ediblər.

.