Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri başlayıb.

C.Bayramov ilk öncə Aleksandr Bağında "Naməlum əsgər"in məzarı önünə əklil qoyub.

Daha sonra Azərbaycan XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.

Qeyd edək ki, bu gün Azərbaycan və Rusiya XİN başçıları arasında ikitərəfli görüş keçiriləcək. Rusiya XİN-in 4 dekabr tarixində C.Bayramovun işgüzar səfəri ilə bağlı yaydığı məlumatda bildirilib ki, XİN başçılarının görüşündə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

.