Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qarşılayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Məlumata görə, Azərbaycan XİN başçısı ilə ATƏT-in Baş katibi arasında ikitərəfli görüş başlayıb.

Görüşdə tərəflər Azərbaycan-ATƏT əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, regional təhlükəsizlik məsələləri və Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə müzakirələr aparıblar.

ATƏT məkanında dəyişən vəziyyətə toxunulub və dialoq ilə sabitliyin vacibliyi vurğulanıb.

.