Xəzəryanı ölkələrdən olan işgüzar xanımların I Forumunun 2019-cu ilin aprel ayında Rusiyanın Həştərxan şəhərində keçirilməsi nəzərdə tutulur.
TASS xəbər verir ki, bu barədə Həştərxan-Azərbaycan işgüzar xanımların forumu zamanı Həştərxan vilayəti qadın işgüzarlığı əlaqələndiricisi İrina Brınzeva məlumat verib.
"Azərbaycan qonşu ölkələri bu məqsəd ətrafında birləşdirmək üçün bizə tərəfdaşlıq etməyə, hətta Xəzəryanı ölkələrdən olan işgüzar xanımları birləşdirəcək qurum yaratmağa razılıq verib. Bu fikir Həştərxan vilayəti rəhbərliyi tərəfindən də rəğbətlə qarşılanıb", - o bildirib.
Qeyd edək ki, 350-dək iştirakçısı olan Həştərxan-Azərbaycan işgüzar xanımlar forumu oktyabrın 22-də başlayıb. İki gün davam edəcək tədbir çərçivəsində ustad dərsləri, ekspert mühazirələri, Həştərxan vilayətindən olan işgüzar qadınlar tərəfindən layihə təqdimatları keçiriləcək.
.
