Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması və həyata keçirilməsini təklif edirik.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, regional əməkdaşlığın, xüsusilə ekoloji problemlərin həllində Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsi vacibdir: “İnanıram ki, akademik sektor, müvafiq təşkilatların mütəxəssisləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil ekspertlərin qoşulduğu konfrans Xəzər dənizinin ekoloji problemlərin müzakirəsi və vəziyyətdən çıxış yollarının araşdırılması üçün platforma rolunu oynayacaq".

Nazir: “Xəzərin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görürük”

“Azərbaycanda da Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür".

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Nazir qeyd edib ki, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işlər davam etdirilir: "Dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dəniz ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirilir. Biz bu ekspedisiyalar zamanı toplanmış monitorinq məlumatlarını bütün maraqlı tərəflərlə bölüşməyə hazırıq".

Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələlərinin birinci növbədə Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyən Muxtar Babayev Xəzəryanı Dövlətlərin bu mövzuda Zirvə toplantısına diqqət çəkib: "Təsadüfi deyil ki, keçən həftə Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Toplantısında da bu məsələlərə xüsusi diqqət yetirilib. Cənab prezident İlham Əliyev toplantıda çıxışı zamanı Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyətinin və dəniz səviyyəsinin aşağı düşmə dinamikasının narahatlıq doğurduğunu, bu problemlərin həlli ilə əlaqədar əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuzu bildirmişdir".

.