
Dövlət Gömrük Komitəsi (DGK) xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11,02% azdır.
Bundan əlavə, bu ilin ilk 7 ayında Azərbaycan ət ixrac etməyib. 2014-cü ilin ilk 7 ayında isə bu rəqəm 172,38 min dollar dəyərində olub.
Azərbaycanın özünün ət istehsalına gəldikdə, Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin 7 ayında ölkədə 165,3 min ton ət (quş əti də daxil olmaqla) istehsal olunub ki, bu da ötən illə müqayisədə 1,9% çoxdur.
Qeyd edək ki, bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sözçüsü Yolçu Həsənov (Xanvəli) yerli mediaya bildirmişdi ki, Qurban bayramı ərəfəsində satış məntəqələrində heyvanlar kəsilməzdən əvvəl baytarlıq sənədləri araşdırılacaq və yalnız bundan sonra onların satışına icazə veriləcək.
Oxu.az.