
Son günlər ərzində Gürcüstanda 27 əcnəbinin qanuni əsas olmadan ölkədə qaldığı müəyyən edilib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Hindistan, İraq, Misir, Banqladeş, Çin, Kamerun, Azərbaycan, Anqola, Qana, Pakistan və Türkiyə vətəndaşları olan həmin şəxslər Gürcüstandan çıxarılıb. Yerli qanunvericiliyə uyğun olaraq, onların Gürcüstana girişi qadağan edilib.
Qeyd edək ki, ötən ay Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 107 əcnəbi deportasiya olunub.
.