“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı çərçivəsində aviaşou baş tutub.

Azərbaycan və Türkiyənin pilotları Bakı səmasında qırıcı təyyarələr və helikopterlərlə müxtəlif manevrlər edərək şou göstəriblər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin “MİQ-29” qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim edilib.

“MİQ-29” qırıcısı ilə Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızdan olan “Qarabağ” ordenli polkovnik Zaur Rüstəmov “TEKNOFEST” səmasında pilotaj fiqurlarını nümayiş etdirib. 
Aviaşou zamanı pilot hər kəsi heyrətə gətirəcək çevrilmə, qalxan, sərt həlqə manevrləri edib, yerə ən aşağı məsafədən minimum sürətlə keçid edib. 

“Global Photo Stock”un əməkdaşları aviaşoudan unudulmaz mənzərələri kameranın yaddaşına köçürüb.

Həmin fotoları təqdim edirik:

 

.