Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələrinin Təhsil Məsələləri və Mənəvi Dəyərlərin Təbliği Baş İdarəsinin rəisi general-mayor Misfir bin Həsən Əl-İsanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.


Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov qonaqlarla görüşüb.
"Nümayəndə heyətinə “hərbçilərin mənəvi-psixoloji ruhunun yüksəldilməsində milli-mənəvi, əxlaqi və vətənpərvərlik dəyərlərinin mühüm rolu” mövzusunda mühazirələr oxunub, ideoloji işin təşkili və hərbi psixoloqların hazırlığı istiqamətində görülən işlər, eləcə də əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib.
Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən söhbət açılıb və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub"- deyə məlumatda qeyd edilib.

.