Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “Quru Qoşunlarının döyüş hazırlığı və öyrənilmiş təcrübələr” mövzusu üzrə hər iki ölkənin hərbi ekspertlərinin görüşü keçirilib.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, serbiyalı qonaqlara Azərbaycan Ordusunun Quru Qoşunlarında döyüş hazırlığının təşkili və digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Görüşdə hər iki ölkənin Quru Qoşunlarının döyüş hazırlığı üzrə vəzifəli şəxsləri və mütəxəssisləri tərəfindən brifinqlər təqdim olunduqdan sonra geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

.