Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Serbiyanın xarici işlər naziri Azərbaycan XİN-də geniş tərkibdə görüşüb.

İki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar, turizm, ikitərəfli və çoxtərəfli strateji tərəfdaşlıq, və digər sahələr müzakirə edilib.

Tərəflər ticarət, enerji, investisiyalar və s. sahələrdə əlaqələrin gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar, bu istiqamətdə Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini müzakirə ediblər.

.