Azərbaycan Medianın İnkişafı Agentliyi və Özbəkistan Prezidenti Administrasiyası yanında KİV üçün Məzmun Hazırlama Mərkəzi əməkdaşlıq memorandumu imzalamağı planlaşdırırlar.

Bu barədə Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda Özbəkistan Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidcanov bildirib.

D.Saidcanov vurğulayıb ki, belə bir sənəd iki ölkənin media sahəsində qarşılıqlı fəaliyyətini gücləndirməyə imkan verəcək: "Biz daha böyük uğurlar əldə edə biləcəyik, iki ölkənin jurnalistləri və media mütəxəssisləri sıx əməkdaşlıq edəcəklər".

.