Niderlandın ölkəmizdəki səfiri Marian de Yonq Azərbaycan Prezidentinin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayevlə görüşüb.

Bu barədə Niderland səfirliyinin “Facebook” hesabında məlumat verilib.

“Görüş zamanı Niderland–Azərbaycan əməkdaşlığının mövcud və gələcək əsas istiqamətləri müzakirə olunub. Eləcə də COP29-un nəticələri və bu nəticələr əsasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Həmçinin su idarəetməsi, Xəzər dənizinin səviyyəsi ilə bağlı çağırışlar, Abşeron göllərinin bərpası və təmizlənməsi, o cümlədən tullantılarının idarə olunması sahələrində Niderland şirkətləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər həmçinin dayanıqlı şəhər inkişafı və iqlimə davamlılıq üzrə ortaq öhdəliyi vurğulayaraq, Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Niderlandın dövlət və özəl sektor nümayəndələri ilə tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi apardılar”, - səfirlik bildirib.

.