Azərbaycan və İsrail möhkəm siyasi etimad təməlinə malikdir.

Bunu Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan-İsrail biznes-forumunda deyib.

“Azərbaycan və İsrail uzun illər ərzində siyasi və institusional səviyyələrdə qarşılıqlı fəaliyyət nəticəsində formalaşmış möhkəm siyasi etimad və konstruktiv dialoq təməlinə malikdir. Qeyd etmək lazımdır ki, yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynayır. Xüsusilə, ötən həftə Davosda keçirilən Dünya İqtisadi Forumunun çərçivəsində iki ölkənin prezidentlərinin görüşünü qeyd etmək olar. Görüş zamanı tərəflər Azərbaycan–İsrail münasibətlərinin geniş istiqamətlər üzrə ardıcıl inkişafını nəzərdən keçirib və əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivli imkanları müəyyənləşdiriblər”, – deyə o bildirib.

Onun sözlərinə görə, İsraillə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi Azərbaycan üçün strateji prioritet olaraq qalır və qarşılıqlı maraq doğuran sahələrdə praktik və nəticəyönümlü yanaşma əsasında həyata keçirilir.

M.Cabbarov qeyd edib ki, paralel olaraq ikitərəfli müqavilə-hüquqi bazanın möhkəmləndirilməsi də davam etdirilir.

.