Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş olub.

Görüşdə Azərbaycan və İran xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Məhəmməd Cavad Zarif ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, görüş zamanı nazirlər həmçinin nəqliyyat layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Eyni zamanda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məqsədilə Moskvada keçiriləcək Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin qarşıdakı görüşü müzakirə olunub.

.