Avqustun 7-də təkbətək görüş başa çatandan sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
APA-nın məlumatına görə, geniş tərkibdə görüşdən sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi olacaq.

*****13:27
Avqustun 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.
APA-nın məlumatına görə, təkbətək görüşün ardınca nümayəndə heyətlərinin geniş tərkibdə görüşü başlayıb.
.