![](/uploads/img/posts/2024/05/02/5jpg-1714666376.jpg)
Gürcüstanın maliyyə naziri Laşa Xutişvili Azərbaycanın maliyyə naziri Samir Şərifov və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Görüş Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısı çərçivəsində baş tutub.
Tərəflər Gürcüstan və Azərbaycan arasında ticarət-iqtisadi, tranzit və nəqliyyat sahələrindəki məsələləri nəzərdən keçirib, həmçinin regional kontekstdə iki ölkənin tərəfdaşlığının əhəmiyyətini vurğulayıblar.
.