"Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, ticarət sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik".
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drianla görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.
E. Məmmədyarov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi bu gün də Fransa ilə Azərbaycan arasında təhsil sahəsində uğurlu əməkdaşlıq var: "Sənaye parklarında Fransa şirkətlərinin iştirakı ilə istehsal müəssisələrinin yaradılmasını müzakirə etdik. Bu gün Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir. "Bakubus" da Fransaya məxsus şirkətdir".
Nazir əlavə edib ki, görüşdə Ermənistan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib: "Həm təkbətək, həm də geniş tərkibdə keçirilmiş görüşdə bunu müzakirə etdik. İnanırıq ki, Fransa həmsədrliyi daha da faydalı olacaq və sülh yolu ilə münaqişəni həll edə bilərik".
"Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli variantının tapılmasına kömək edir".
Bunu bu gün Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatında bildirib.
Fransalı nazir deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün böyük öhdəlikləri var: "Mövcud status kvo həll variantı deyil. Biz sülh və regionda stabillik istəyirik. Ümid edirik ki, növbəti aylar ərzində bu həll variantının tapılması istiqamətində Fransa daha da aktiv olacaq. Biz bu istiqamətdə beynəlxalq müstəvidə də öz əlaqələrimizi davam etdirəcəyik".
Azərbaycan və Fransa xarici siyasət idarələrinin rəhbərlərinin görüşündə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni sazişlə bağlı danışıqlara dair müzakirələr aparılıb.
Bunu da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drianla görüşdən sonra mətbuata bəyanatında bildirib.
E. Məmmədyarov deyib ki, Azərbaycan və Aİ arasında yeni sazişlə bağlı danışıqlarda xeyli irəliləyiş var: "Fransada xahiş etdim ki, bu işdə üzv ölkə kimi dəstək versin".
Elmar Məmmədyarov: "Bu kimi qanunsuz əməllərin qarşısının alınması vacibdir"
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Fransa xarici işlər naziri Jan-Iv Lö Drianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib/
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Fransa xarici işlər naziri Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını söyləyib.
Fransa xarici işlər naziri 1918-ci il 28 mayda bəyan edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan hökumətini və xalqını təbrik edib. Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirən tərəflər əlaqələrin daha da dərinləşdirilməsində yüksək səviyyəli səfər mübadiləsinin əhəmiyyətini vurğulayıblar. Nazirlər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndiriblər. Nazirlər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu bildirərək, Azərbaycan və Fransanın işgüzar dairələri arasında qarşılıqlı şəkildə sərmayə qoyuluşunun təşviqinin və bu istiqamətdə fəaliyyət göstərən müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin tərəflər Azərbaycanın xüsusi imtiyazlı rejim əsasında fəaliyyət göstərən sənaye parklarında və sənaye məhəllələrində Fransa şirkətlərinin iştirakının və birgə istehsalat müəssisələrinin yaradılmasının zəruriliyini qeyd ediblər.
Fransa və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün komissiya yaradılacaq.
Bunu da öz növbəsində Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra mətbuata bəyanatda bildirib.
Fransalı nazir deyib ki, iki ölkənin iqtisadi əlaqələri genişdir, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə böyük perspektivlər var: "Bununla bağlı Fransa-Azərbaycan komissiyası yaradılacaq ki, bu mövzular ətrafında müzakirələr aparılsın. Bütün bunlar əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir".
