Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X"də yazıb.
"Daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq 2024-cü il mayın 10-da Almatıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılacaq", - o qeyd edib.
.