Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli ictimai-siyasi xadimin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri, çələng qoyulub.

.