
Azərbaycan və Tatarıstan sənaye sahəsində əlaqələrin inkişafı üçün yeni imkanları müzakirə edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
“Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının həmsədri, Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə ikitərəfli iqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri nəzərdən keçirdik və sənaye sahəsində əlaqələrin inkişafı üçün yeni imkanları dəyərləndirdik”, - nazir qeyd edib.
.