Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın Üstyurd platosunda geoloji kəşfiyyat işlərinə başlayıb.
Yenizaman “Sputnik Özbəkistan”a istinadən xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda deyib.
“Biz Özbəkistanın Üstyurd platosunda SOCAR ilə birgə geoloji kəşfiyyat işlərinə başlayırıq. Bu hələ başlanğıcdır”, - o vurğulayıb.
.