Tbilisi zooparkının mütəxəssisləri Afrika pinqvinini tapmağa nail olmayıblar. Məlumata əsasən, pinqvin Tiflisdə baş verən daşqından sonra üzərək Azərbaycan sərhədinə qədər gəlib çatıb.
Oxu.az xəbər verir ki, bu barədə "Novosti-Qruzii” müxbirinə zooparkın administrasiyasından bildirilib.
"Bizim əməkdaşlarımız ora yollanıblar, bütün ərazini nəzərdən keçiriblər, amma təəssüf ki, pinqvini tapmaq mümkün olmayıb”, - zooparkdan bildiriblər.
Dünən zooparkın administrasiyasından bildirmişdilər ki, Qırmızı Körpü (Gürcüstan-Azərbaycan sərhəddi) yaxınlığında çayda Tiflisdə daşqın zamanı zooparkdan qaçan Afrika pinqvini görünüb. Bir qrup mütəxəssis onu Tiflisə gətirmək üçün operativ şəkildə hadisə yerinə gəlib...

.